“Naxçıvanbank” pulu nədən qazanır?

İndex.az Azərbaycanın bölgədə fəaliyyət göstərən yeganə bankı olan «Naxçıvanbank»ın gəlir mənbələrini təqdim edir.

2022-ci ilin ilk yarım illiyinin nəticələrinə görə, «Naxçıvanbank»ın ümumi gəlirləri 12 milyon 510 min manat təşkil edib. Bank sistemi üçün bu böyük məbləğ deyil – «Naxçıvanbank» bu göstəriciyə görə, ölkənin 26 bankı arasında 22-ci yeri tutur.

Hesabat dövründə (ilk 6 ayda) «Naxçıvanbank»ın gəlirlərinin böyük hissəsi – 8 milyon manatı və ya bütün gəlirlərin 64%-i kredit portfelinin gəlirlərindən formalaşıb.

«Naxçıvanbank» mühafizəkar bank sayıla bilər. Onun bütün gəlirləri 4 mənbə ilə formalaşır – 2-ci mənbə komissiya haqlarıdır. Bank ilk 6 ayda komissiya haqlarından 2 milyon manat gəlir əldə edib- bütün gəlirlərin 16%-i.

Valyuka əməliyyatlarından isə «Naxçıvanbank»ın gəlirləri 1 milyon manata yaxın olub.

Ən maraqlı göstərici qiymətli kağızlara edilən yatımlardan daxil olmalardır.

«Naxçıvanbank»ın menecmenti uzun müddət qiymətli kağızlara yatırım etməyib, yalnız son 2 ildə bu sahədə irəliləyəş olub və dərhal da bank bundan gəlir götürməyə başlayıb. Nəticədə hazırda «Naxçıvanbank»ın bütün gəlirlərinin 11%-i qiymətli kağızlardan daxil olur.

Ümumiyyətlə, «Naxçıvanbank»ın ümumi gəlirlərində faiz gəlirləri 83%, qeyri-faiz gəlirləri 17% təşkil edir.

Digər gəlirlərin məbləği və onun ümumi gəlirlərdəki payı aşağıdakı kimidir.

Min manat
Gəlir mənbələri Məbləğlər Ümumi gəlirdə payı
Kredit portfeli üzrə faiz gəliri      8 038          64%
QK-a investisiyadan gəlir       1 368          11%
Digər banklara depozitlərdən gəlirlər          41            –
Digər banklara kreditlərdən gəlirlər           –            –
Komissiya haqları       8 038          16%
Valyuta əməliyyatlarından gəlirlər         921           7%
Digər faiz gəlirləri          57             –
Digər qeyri-faiz gəlirləri          45             –
CƏMİ GƏLİRLƏR     12 510        100%

Mənbə – FED.az