Bayden: “Pandemiya arxada qaldı”

ABŞ prezidenti Co Bayden koronavirus pandemiyasının arxada qaldığını bildirib.

İndex.az xəbər verir ki, bu barədə Bayden CBS telekanalına müsahibəsində bildirib.

“Pandemiya bitdi. Hələ də COVID-lə bağlı problemimiz var. Biz hələ də bəzi məsələlər üzərində işləyirik. Heç kim maska ​​taxmır. Görünür, hamı yaxşı vəziyyətdədir”, – deyə Bayden bildirib.