Erməni hərbçi: “Azərbaycanlı məni xilas etdi” – VİDEO

Ermənistan silahlı qüvvələrinin dövlət sərhədində törətdiyi təxribatdan sonra yaralanaraq döyüş meydanında qalan və daha sonra Azərbaycan hərbçiləri tərəfindən xilas edilən erməni hərbçinin görüntüləri yayılıb.

İndex.az xəbər verir ki, videonu “Caliber” yayıb.

Tiqran adlı erməni hərbçi hazırda hospitalda müalicə alır.

Görüntülərdə onunla olan dialoqu təqdim edirik:

– Tiqran necəsən? Məni xatırlayırsan?

– Hə.

– Kiməm?

– Məni xilas edən adam.