Kəlbəcərdə həlak olan əsgərlə bağlı qərar verildi

Azərbaycan Ordusunun Kəlbəcərdə silahla davranış qaydalarının kobud şəkildə pozulması nəticəsində vəfat edən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Omarov Eşqin Nəsib oğluna şəhid statusu veriləcək.

İndex.az xəbər verir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, E.Omarov şəhid statusu alacaq.

Xatırladaq ki, E.Omarovun həlak olması faktı ilə bağlı Kəlbəcər Hərbi prokurorluğunda araşdırma aparılır.