“Hazırda Şuşada 23 ədəd çoxmənzilli bina inşa edilir və gələn ilin sonuna qədər hazır olacaq. Beləliklə, şuşalılar doğma yurdlarına qayıtmağa başlayacaqlar”.
İndex.az xəbər verir ki, bunu Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov bildirib.
“Binaların ümumi sahəsi 60 min kvadratmetr təşkil etməklə 450 mənzildən ibarət olacaq”, – o deyib.