Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (BOEMDA) nümayəndə heyəti Türkiyədə baş tutacaq “Marentech Expo” sərgisinə dəvət olunub.
Index.az xəbər verir ki, bu barədə BOEMDA-dan məlumat verilib.
Bildirilir ki, bu barədə Türkiyənin “Dəniz Külək Enerjisi Birliyi”nin təşkilatçılığı ilə dənizdə külək enerjisi texnologiyaları ilə bağlı keçirilən onlayn seminar zamanı bildirilib.
Belə ki, “Marentech Expo” sərgisi oktyabrın 26-28-də İzmir şəhərində baş tutacaq və dənizdə enerji texnologiyaları sahəsinə aid olacaq.
Qeyd edək ki, seminarda BOEMDA əməkdaşları ilə yanaşı Türkiyə, Gürcüstan, Qazaxıstan, Ukrayna, Polşa, Rumıniya, Bolqarıstan, Yunanıstan və Norveçdən olan mütəxəssislər iştirak ediblər.