Bu il təbii qaz ixracından qazancımız 4,4 dəfə artıb

Bu ilin yanvar-avqust ayları ərzində gömrük bəyannamələrinə əsasən, Azərbaycan 15 milyard 53 milyon 987,9 min kubmetr həcmində təbii qaz ixrac edib.

Bu barədə İndex.az Dövlət Gömrük Komitəsinin statistikasına əsasən xəbər verir.

Məlumata görə, bu ilin 8 ayı ərzində Azərbaycandan ixrac edilən təbii qazın dəyəri 10 milyard 317 milyon 686,5 min ABŞ dolları təşkil edib.

2022-ci ilin yanvar-avqust ayları ərzində ixrac edilən təbii qazın həcmi 2021-ci ilin yanvar-avqust aylarındakı dövründən 13,7 %, dəyəri isə 4,4 dəfə çoxdur.

Bu ilin yanvar-avqust aylarında Azərbaycanın ümumi ixracında təbii qazın payı 36,31 % olub.

Qeyd edək ki, bu ilin yanvar-avqust aylarında Azərbaycan xarici ölkələrlə 35,113 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.

8 aylıq xarici ticarət dövriyyəsinin 26,245 milyard ABŞ dolları ixracın, 8,868 milyard ABŞ dolları isə idxalın payına düşüb.