Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycan gömrük bəyannamələrinə əsasən, 17 milyon 983 min 700,5 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib.
İndex.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu miqdarda məhsulun dəyəri 13 milyard 724 milyon 349 min ABŞ dolları təşkil edib.
Bu ilin yanvar-avqust aylarında ixrac olunmuş məhsulun miqdarı 2021-ci ilin yanvar-iyul aylarının göstəriciləri ilə müqayisədə 4,2 % az, dəyəri isə 61,5 % çoxdur.
Bu məhsulların Azərbaycanın ümumi ixracında payı 52,29 % olub.
Qeyd edək ki, bu ilin yanvar-avqust aylarında Azərbaycan xarici ölkələrlə 35,113 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.
8 aylıq xarici ticarət dövriyyəsinin 26,245 milyard ABŞ dolları ixracın, 8,868 milyard ABŞ dolları isə idxalın payına düşüb.