
Azərbaycanda ƏDV geri al layihəsi üzrə ƏDV-nin geri qaytarılan hissəsi artırılacaq.
İndex.az xəbər verir ki, bu Maliyyə Nazirliyinin bu gün açıqladığı 2023-cü ilin dövlət büdcəsi layihəsi ilə bağlı ilkin məlumatda əks olunub.
Layihədə deyilir ki, nağdsız ödənişlərin əhatə dairəsinin genişləndirilməsi məqsədilə fiziki şəxs olan istehlakçılar tərəfindən ölkə ərazisində alınan mallara görə ödənilmiş ƏDV-nin qaytarılan hissəsinə yenidən baxılması gözlənilir.