Koronavirusa yoluxanların bu günə olan statistikası

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 256 yeni yoluxma faktı qeydə alınıb, 395 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 818 890 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 807 096 nəfər müalicə olunaraq sağalıb, hazırda 1 918 aktiv xəstə var. Bu günə qədər 9 876 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 388, bu günə qədər isə ümumilikdə 7 206 805 test icra olunub.