Tədiyyə balansının qalığı 4 dəfəyə yaxın artıb

Bu ilin I yarısında Azərbaycanın tədiyyə balansının ümumi qalığı 4 633,5 milyon ABŞ dolları təşkil edib.

İndex.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,7 dəfə çoxdur.

Ümumi qalıq ölkənin cari əməliyyatlar balansındakı 10 330,9 milyon dollarlıq qalıq (1 il əvvələ nisbətən 5,5 dəfə çox), kapital hesabındakı 0,1 milyon dollarlıq kəsir (46 dəfə çox), maliyyə hesabındakı 5 298,1 milyon dollarlıq kəsir (9,2 dəfə çox), balanslaşdırıcı maddələr üzrə 399,2 milyon dollarlıq kəsir (11,7 dəfə çox) hesabına formalaşıb.