Bu ilin yanvar-avqust aylarında Azərbaycanda hava nəqliyyatı ilə 1433,7 min və ya 2,1 dəfə çox sərnişin daşınıb.
İndex.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, daşımaların 99,6%-i dövlət, 0,4%-i isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib.
“Bu nəqliyyat növü ilə yükdaşıma 6,2% azalaraq 299,1 min ton olub”, – məlumatda qeyd olunur.