Bu ilin avqust ayında Azərbaycan vətəndaşları qardaş ölkədə 106 mənzil alıb.
İndex.az bu barədə Türkiyənin Statistika İdarəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, 2021-ci ilin avqust ayı ilə müqayisədə 32 mənzil və ya 23,2 % azdır.
Ümumilikdə isə bu ilin yanvar-avqust aylarında Azərbaycan vətəndaşları Türkiyədə 873 mənzil alıblar ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 15 mənzil və ya 1,75 % çoxdur.
Bu ilin 8 ayı ərzində Türkiyədə xarici vətəndaşlara 45 069, ötən ay isə 5 340 mənzil satılıb. Bunlar isə 1 il əvvələ nisbətən müvafiq olaraq 44,2 % çox və 9,98 % azdır.