15 sentyabr – Bilik Günü ərəfəsində Zəngilan rayonunun Ağalı kənd sakinləri üçün Azərbaycan Respublikası Mərkəzi Bankının təşəbbüsü, “Kapital Bank” və “Mastercard”ın dəstəyi ilə sosial aksiya həyata keçirildi. Ağalı kəndinə köçürülən ilk 48 ailənin üzvləri ilə yeni məktəb binasında baş tutan tədbirdə iştirakçılara yeniliklər barədə ətraflı məlumat verildi.
Görüşdə Mərkəzi Bankın Baş direktoru Fərid Osmanov, Elm və Təhsil Nazirliyinin Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov, “Kapital Bank”ın İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov, “Mastercard”ın Azərbaycan üzrə nümayəndəsi Emil Zeynalov və Azərbaycan Respublikası Prezidentinin Zəngilan rayonu üzrə Xüsusi Nümayəndəliyinin əməkdaşı Aqil Qurbanov iştirak edirdi.
Tədbir zamanı Zəngilan rayonunun Ağalı kəndində “ağıllı kənd” konsepsiyasının ən mühüm komponentlərindən biri olan nağdsız ödəniş ekosisteminin formalaşdırılması barədə məlumat verildi. Həyata keçirilən tədbirlər çərçivəsində Ağalı kəndində fəaliyyət göstərən təsərrüfat subyektləri nağdsız ödənişlərin qəbulu üçün tələb olunan bütün zəruri vasitələrlə təmin edilib. Alternativ ödəniş imkanlarının formalaşdırılması məqsədilə Ağalı kəndində ödəniş terminalları quraşdırılıb, bank hesabları və ödəniş kartlarına 24/7 rejimində mədaxil imkanı yaradılıb. Eyni zamanda, ödəniş kartlarının əldə olunması üçün müraciət edən şəxslərə bank hesabları açılıb və ödəniş kartları verilib.
Bundan başqa “Kapital Bank” və “Mastercard”ın dəstəyi ilə təsərrüfat subyektlərində nağdsız ödənişlər üzrə xüsusi keşbek kampaniyasına start verilib ki, bunun da nəticəsində Ağalı kəndindəki obyektlərdə nağdsız ödəniş edən Mastercard sahibləri 10% keşbek əldə edəcəklər.
Layihə çərçivəsində Ağalı kənd orta məktəbinin şagirdlərinə “Smart təhsil kartı” və dərs ilinin başlanması, habelə şagirdlərin tədris zamanı daha müasir üsullardan istifadə edə bilməsi üçün 48 ailədə olan şagirdlərə planşetlər hədiyyə edildi.
Ölkənin birinci bankı olan “Kapital Bank” “PAŞA Holding”ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi — 109 filialı və 24 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — https://kbl.az/krdt, Birbank kartı sifarişi üçün — https://kbl.az/tkstcrd.