Pensiyalar bu tarixdə ödəniləcək

Dövlət Sosial Müdafiə Fondu respublika üzrə pensiyaların ödəniləcəyi tarixi açıqlayıb.

İndex.az Fonda istinadən xəbər verir ki, sentyabrın 15-də respublika üzrə pensiyaların tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub.

Həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək.