Aqrar sektor 3% böyüyüb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 7 milyard 428,8 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib.

İndex.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,2% çoxdur.

Son 1 ildə ölkədə istehsal olunmuş bitkiçilik məhsullarının dəyəri 3,6% artaraq 4 milyard 087,7 milyon manata, heyvandarlıq məhsullarının dəyəri isə 2,7% artaraq 3 milyard 341,1 milyon manata çatıb.