Restoranların dövriyyəsi 46% artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsi 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 46,5% artaraq 931,6 mln. manat olub.

İndex.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən  verilən məlumata görə, özəl sektorda ictimai iaşə dövriyyəsinin 49,8%-i hüquqi şəxslərin, 50,2%-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür.

Hüquqi şəxslər üzrə dövriyyə 2021-ci ilin yanvar-avqust ayları ilə müqayisədə 44,2% artaraq 460,8 mln. manat təşkil edib.

Mənbə – APA