Bu ilin yanvar-avqust aylarında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 2461,3 milyon manat olmaqla, əvvəlki ilin yanvar-avqust ayları ilə müqayisədə 10,% azalıb.
İndex.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, hesabat dövründə yanacaq mazutunun istehsalı 2,2 dəfə, neft bitumu 8,6% artıb, avtomobil benzininin istehsalı 2,5%, dizel yanacağının istehsalı 24,7%, neft-kimya sənayesində istifadə üçün benzin istehsalı 32,7%, neft koksunun istehsalı 33,8%, sürtkü yağlarının istehsalı isə 42,2% azalıb.
Xatırladaq ki, Azərbaycanda neft, təməli 1953-cü ildə qoyulmuş Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda emal edilir. Zavod respublikanın neft məhsullarına olan tələbatını tam ödəyir. Hazırda NEZ-də yenidənqurma və modernləşdirmə işləri aparılır.
Qeyd edək ki, bu ilin aprel-may aylarında NEZ-in planlaşdırılmış profilaktik işlərinin aparılması üçün müvəqqəti olaraq dayandırılmışdı.
Azərbaycanda neft məhsullarının dinamikası:
Məhsul növləri | Yanvar-avqust 2022-ci il | İllik müqayisə, % |
Avtomobil benzini, min ton | 784,2 | 97,5 |
Neft-kimya sənayesində istifadə üçün benzin, min ton | 188,3 | 67,3 |
Ağ neft, min ton | 357,4 | 106,1 |
Dizel yanacağı, min ton | 1 264,5 | 75,3 |
Yanacaq mazutu, min ton | 67,4 | 2,2 dəfə |
Sürtkü yağları, min ton | 23,4 | 57,8 |
Neft bitumu, min ton | 257,5 | 108,6 |
Neft koksu, min ton | 116,6 | 66,2 |
Mənbə – APA