Dövlətin 20 avtomobili ucuz qiymətə satıldı – SİYAHI

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən sentyabrın 13-də keçirilən hərracda 20 nəqliyyat vasitəsi özəlləşdirilib. Hərraca çıxarılan nəqliyyat vasitələrinə ümumilikdə 148 sifariş qəbul edilib, bunun 42-si elektron qaydada həyata keçirilib.

İndex.az xəbər verir ki, dövlət əmlakının özəlləşdirilməsi sahəsində elektron xidmətlərin tətbiqi, sifariş və onlayn şəkildə qatılmaq imkanı hərraclarda iştirak prosedurunu daha da sadələşdirib. Bu isə, hərrac iştirakçılarının sayında artıma səbəb olur. Nəqliyyat vasitələrinin əksəriyyətinin rəqabətli olması bunun göstəricisidir.

Budəfəki hərracda Yaponiya istehsalı olan avtomobillərə maraq daha çox olub. Belə ki, ilkin satış qiyməti 8.000 manat olan “Honda Accord” markalı avtomobilə ən son təklif 2,5 dəfə çox artaraq 20.000 manata yüksəlib. Bundan başqa, ilkin satış qiyməti 8.000 manata olan “Toyota Camry” markalı nəqliyyat vasitəsi 15.700 manata satılıb.

13 sentyabr hərracında satılan avtomobillər üzrə dövlət büdcəsinə 132.350 manat vəsaitin ödənilməsi nəzərdə tutulur.

Bakı şəhəri üzrə 13 sentyabr 2022-ci il tarixində keçirilmiş hərracda satılmış nəqliyyat vasitələrinin siyahısı

Balanssaxlayıcı müəssisənin adı Avtonəqliyyat vasitələrinin markası Buraxılış ili Hərraca çıxarılan  ilkin satış qiyməti (manat) Hərracda yekun satış qiyməti (manat) Protokol №-si və tarixi
1 Diasporlarla İş üzrə Dövlət Komitəsi Toyota Camry 2010 8000 15700 22/22   05.08.2022
2 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qaz 3110-101 minik 2003 1500 1750 22/22   05.08.2022
3 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Nissan Maxima minik 2006 3000 3980 22/22   05.08.2022
4 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hyundai Sonata minik 2004 3000 5560 22/22   05.08.2022
5 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vaz 21070 minik 2006 2500 3600 22/22   05.08.2022
6 Azərbaycan Respublikası Baş Prokurorluğu Volkswagen Passat minik 2011 7000 7800 22/22   05.08.2022
7 Azərbaycan Respublikası Baş Prokurorluğu Skoda Super B minik 2012 6500 8300 22/22   05.08.2022
8 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi “Siqnal” İxtisaslaşdırılmış Layihə İstehsalat İdarəsi Tofaş Şahin minik 2004 2500 2500 22/22   05.08.2022
9 Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Radio Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyi Hyundai Sonata minik 2004 3000 3000 22/22   05.08.2022
10 Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Radio Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyi Daewoo Nexia GLE minik 2008 3500 4000 22/22   05.08.2022
11 Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Dövlət Radiotezliklər İdarəsi VAZ 21074 minik 2007 2500 3900 22/22   05.08.2022
12 Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Dövlət Radiotezliklər İdarəsi VAZ 21074 minik 2007 2500 3605 22/22   05.08.2022
13 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Toyota Camry Minik 2005 4500 8000 22/22   05.08.2022
14 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Kia Optima Minik 2005 3000 4600 22/22   05.08.2022
15 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Kia Optima Minik 2006 3000 7100 22/22   05.08.2022
16 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Daewoo Nexia Minik 2005 3000 4200 22/22   05.08.2022
17 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Kia Optima Minik 2005 3000 4300 22/22   05.08.2022
18 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Chevrolet Epica 2010 5500 7255 22/22   05.08.2022
19 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Honda Accord Minik 2013 8000 20000 22/22   05.08.2022
20 “Azərbaycan İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyəti Toyota Camry Minik 2006 8000 13200 22/22   05.08.2022

Məlumat üçün bildiririk ki, növbəti hərraclar sentyabrın 27-si, oktyabrın 4-ü və 11-də  keçiriləcək. Hərraca səhmdar cəmiyyətlərin səhm paketi, kiçik dövlət müəssisələri və nəqliyyat vasitəsi çıxarılacaq.

Hər kəs Xidmətin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) müvafiq hərrac xidmətini seçərək qeydiyyatdan keçib, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəyib hərracda iştirakçı statusu almaq mümkündür.

Prosesə marağı olanlar hərrac günü həm Əmlak Xidmətləri Məkanına gəlməklə, həm də Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) “Elektron hərrac” bölməsini seçərək hərracları qeydiyyatsız formada izləyə bilərlər.