Bu ilin yanvar-avqust aylarında 30 milyard 656,7 milyon kubmetr təbii qaz da hasil edilib.
İndex.az Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bunun 22 milyard 930 milyon kubmetri əmtəəlik təbii qazın payına düşüb.
Hesabat dövründə təbii qaz hasilatı illik müqayisədə 9,8%, əmtəəlik qaz hasilatı isə 11,3% artıb.
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 21 milyon 869,8 min ton qaz kondensatı daxil olmaqla xam neft hasil edilib. Bunun 21 milyon 809,4 min tonu əmtəəlik xam neftin payına düşüb.
Hesabat dövründə neft hasilatı daha əvvəlki ilin eyni ayları ilə müqayisədə 5,1% (əmtəəlik neftin həcmləri isə 5,2%) azdır.