“Qala Sığorta” məhkəməyə verildi

“Qala Sığorta” Açıq Səhmdar Cəmiyyəti məhkəməyə verilib.

İndex.az xəbər verir ki, iddiaya səbəb mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr – maddi ziyanın ödənilməsi tələbidir.

İddiaçı Məmmədzadə Bəhruz Qasım oğludur. İşə Bakı Apellyasiya Məhkəməsində baxılır. Hakim Şeyda Məhərrəmovadır.