“Uber” Nyu-Cersi hakimiyyətinə ödənilməmiş sığorta haqlarına görə 100 milyon dollar cərimə ödəyib. Bildirilir ki, 100 milyon dollardan yalnız 12.1 milyon dolları “Uber” ödəyib, digər 88 milyon dolları isə onun törəmə şirkəti “Rasier” qarşılayıb.
İndex.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.
Qeyd edək ki, “Uber” hələ 2019-cu ildə cərimələnib. Onda Dövlət Əmək və İşçi Qüvvəsinin İnkişafı Departamenti 2014-2018-ci illər ərzində ondan 650 milyon dollar sığorta haqqı ödəməyi tələb edib.
“Uber” məhkəmə qərarına etiraz edib və nəticədə agentlik ilkin olaraq məbləği səhv və şirkətin əməkdaşlığı olmadan hesablandığını bildirib. Yenidən yoxlama keçirildikdən sonra “Uber”ə qarşı daha kiçik – 78 milyon dollar cərimə cəzası tətbiq edilib.
Departament cərimənin məbləğinin niyə dəyişdiyinə dair nəşrə məlumat verməyib. O, həmçinin “Uber”in 2018-ci ildən sonra borclu ola biləcəyi vergilərlə bağlı nə olacağını dəqiqləşdirməyib.
“Uber” öz növbəsində mövqeyini dəyişməyəcəyini açıqlayıb. Şirkət Nyu-Cersidəki sürücüləri işçi deyil, podratçı hesab edir.
Mənbə – Banker