“Aztelekom”a işçilər axtarılır

Aztelekom

Daxili kommunikasiya üzrə mütəxəssis

Son tarix 13 okt 2022 – [email protected]

Əsas vəzifə və öhdəlikləri:

  • Daxili kommunikasiya planını hazırlamaq və həyata keçirilməsini təmin etmək;
  • Əməkdaşların aktivliyini və şirkətə bağlılığını artırmaq üçün fəaliyyət planı hazırlamaq və həyata keçirmək;
  • Daxili kommunikasiya alətlərindən istifadə edərək, əməkdaşlar arasında ünsiyyəti təmin etmək, əməkdaşların iş keyfiyyətinin artırılması üçün təşəbbüslər həyata keçirmək;
  • Daxili auditoriyanı ilhamlandırmaq və cəlb etmək üçün bütün kanallar üçün yaradıcı və cəlbedici məzmun hazırlamaq;
  • Daxili kommunikasiya və əməkdaşlarla iş üçün müvafiq şöbələrlə iş axışını idarə etmək;
  • Müvafiq, cəlbedici məzmunla şirkət daxilində rəhbərlik və əməkdaşlar arasında effektiv ünsiyyəti təmin etmək;
  • Daha geniş daxili və xarici kommunikasiya planının/fəaliyyətlərinin hazırlanması və həyata keçirilməsinə iştirak etmək;
  • Əməkdaşları məlumatlandıran, fəaliyyətinə ilham verən və biznes məqsədlərinə çatmaq üçün kommunikasiya strategiyasının hazırlanmasına töhvə vermək;
  • İnsanlarımızı daxili kanallarımızdakı təşəbbüslər və səylər haqqında maarifləndirmək və məlumatlandırmaq üçün kommunikasiya layihələrinin hazırlanmaq;
  • Əməkdaşlarla kommunikasiyanın ardıcıllığını təmin etmək;
  • Nəticələrin və taktikaların effektivliyini nümayiş etdirən təhlillərin aparılması, tendensiyaları və təkmilləşdirmə imkanlarını müəyyən etmək;

Tələblər:

  • Ali Təhsilli;
  • Daxili kommunikasiyalar ilə bağlı strategiya və planların hazırlanması və həyata keçiriliməsi ilə bağlı təcrübəyə sahib olmalı;
  • Daxili Kommunikasiya üzrə minimum 1 il təcrübəsi olmalıdır;
  • Daxili kommunikasiya trendləri ilə bağlı məlumatlı olmalı;
  • Intranet, SharePoint və/və ya digər daxili kommunikasiya platformalarında təcrübəyə sahib olmalı;
  • Mürəkkəb layihələrin idarə edilməsi sahəsində təcrübəyə sahib olması arzuolunandır;
  • Sahasinə aid olan sənədlərin  tərtib etmə bacarıqlarına yüksək səviyyədə malik olmalıdır;
  • Öz sahəsi  üzrə təlim-tədrisləri hazırlama qabliyyətinə malik olmalıdır;

Bacarıqlar:

  • İşgüzar yazışma əsaslarını bilməli;
  • MS Office (xüsusi ilə Excel və Outlook) programlarını mükəmməl bilməlidir;
  • Analiz etmə qabiliyyətinə malik olmalı;
  • Problemlərin həlletmə bacarığına malik olmalıdır;
  • Azərbaycan mükəmməl yazılı və İngilis dilində şifahi ünsiyyət bacarıqlarına sahib olmalı;

İş haqqında məlumat:

  • 5 günlük iş rejimi (bazar ertəsi – cümə)
  • iş vaxtı: 09:00 – 18:00
  • iş yeri: Baş ofis, Bakı şəhəri

Müvafiq tələblərə uyğun olan namizədlər mövzu hissəsində Daxili kommunikasiya üzrə mütəxəssis vakansiya adını və CV-də şəxsi məlumatlar hissəsində minimum əmək haqqı gözləntilərini qeyd etməklə elektron ünvanına göndərə bilərlər.

 

Keyfiyyətin idarəolunması üzrə mütəxəssis

Son tarix 13 okt 2022 – [email protected]

Vəzifə öhdəlikləri:

  • Keyfiyyətin idarəolunması şöbəsinin mütəxəssisi fəaliyyətini Azərbaycan Respublikasının mövcud olan qanunvericiliyinə, müvafiq idarəetmə standartın tələblərinə eyni zamanda Cəmiyyətdaxili normativ sənədlərə, şöbənin daxili iş prosesinə əsasən və yenilikləri nəzarə almaqla  həyata keçirir;
  • Funksional prosedur, proses və təlimatların yaradılması, işləkliyinin təmin edilməsi və təkmilləşdirilməsi;
  • Keyfiyyət İdarəetmə Sisteminin (ISO 9001:2015) tələbləri və prinsiplərinin icrasının təşkil edir;
  • Keyfiyyət İdarəetmə Sistemi tələbləri istiqamətində risklərin müəyyən edilməsi və izlənilməsinin təmin edilməsi;
  • Öhdəlikləri və səlahiyyətləri çərçivəsində (öz sahasinə aid) idarəetmə sistemlərinin tələbləri istiqamətində lazımi Qaydaların, Təlimatların, Prosseslərin,  Prosedurların və  digər  normativ sənədlərin tərtibatında, müvafiq dəyişkliklərin olunmasında iştirak edir;
  • Cəmiyyətin Keyfiyyət Siyasətinin struktur bölmələrində mənimsənilməsi və tətbiq olunması işinin təşkili;
  • İdarəetmə Sistemlərinin planlaşdırılması, idarə edilməsi, düzəldici fəaliyyətlərə və risk faktorlarına nəzarət edilməsində iştirak etmək;
  • Təsdiq edilmiş plana uyğun daxili yoxlamaların keçirilməsinin təşkili, aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılması istiqamətində tənzimləyici tədbirlərin icrasına nəzarət edilməsi və onların səmərəliliyinin qiymətləndirilməsi və oxşar uyğunsuzluqların gələcəkdə baş verməməsi üçün aidiyyəti struktur bölmələrlə birlikdə  qabaqlayıcı tədbirlərin hazırlanmasında iştirak etmək;
  • Rəhbərlik tərəfindən keçirilən iclaslar üçün Keyfiyyət Menecment Sisteminin analizi üçün zəruri olan məlumatın yığılması və sistemləşdirilməsi.
  • Cəmiyyətin struktur bölmələrinin illik hədəflərinin izlənilməsi, hesabatının tərtibi və şöbə müdirinə təqdim edilməsi;
  • Vəzifə öhdəlikləri ilə əlaqədar aylıq, rüblük və illik hesabatları hazırlamaqla şöbə müdirinə təqdim edir;
  • Cəmiyyət  üzrə Beynəlxalq Keyfiyyəti İdarəetmə Sistemi standartlarının tətbiqinin həyata keçirilməsində fəal iştirak olunması;
  • İdarəetmə sistemləri tələblərinə uyğun (İSO 9001) daxili auditlərin keçirilməsində iştirak etmək;
  • Şöbə müdirinin, o cümlədən departamentin direktorunun yazılı və şifahi tapşırıqlarını yerinə yetirir.

Tələblər:

Mütəxəssis vəzifəsinə işə qəbul edilən şəxs aşağıdakı tələblərə uyğun olmalıdır:

  • ali təhsilli;
  • keyfiyyət sahəsində minimum 5 (beş) il iş təcrübəsi;
  • keyfiyyətin idarəolunması sahəsində müvafiq standartların tələblərini
  • idarəetmə Sistemləri və auditi üzrə müvafiq sertifikatlara malik olmalı; (ISO 9001:2015, daxili audit)
  • öz sahəsi üzrə qüvvədə olan normativ hüquqi və təlimat-metodik sənədləri istifadə etməyi bacarmalı;
  • əməyin mühafizəsi və yanğın təhlükəsizliyi üzrə qaydaları bilməli;
  • korporativ idarəetmə sisteminin əsaslarını və etik davranış qaydalarını.

Bacarıqlar:

  • Azərbaycan dilini sərbəst bilməli (ingilis və rus dillərini bilməsi arzu olunandır);
  • Peşəkar ünsiyyət psixologiyasını bilməli;
  • İşgüzar yazışma qaydalarının əsaslarını bilməli;
  • Kompyuter bilikləri üzrə: MS Office, Outlook, Diagrams.net və ya Microsoft visio proqramları üzrə sərbəst işləmə bacarığına malik olmalı;
  • Komandada işləmə, ünsiyyət, təşkilatçılıq, münasibətlərin qurulması, təlim keçmə bacarığı, şəxsi və peşəkar inkişaf, hesabat yazma səriştəsi;

İş haqqında məlumat:

  • 5 günlük iş rejimi
  • iş vaxtı: 09:00 – 18:00
  • iş yeri: Baş ofis, Bakı şəhəri

Müvafiq tələblərə uyğun olan namizədlər mövzu hissəsində Keyfiyyətin idarəolunması üzrə mütəxəssis vakansiya adını və CV-də şəxsi məlumatlar hissəsində minimum əmək haqqı gözləntilərini qeyd etməklə elektron ünvanına göndərə bilərlər.

 

Korporativ tənzimləmə şöbəsinin müdiri

Son tarix 13 okt 2022 – [email protected]

Vəzifə öhdəlikləri:

  • Müəssisədaxili normativ sənədlərin – əmr və sərəncamların, əsasnamələrin, qaydaların, təlimatların, prosseslərin, prosedurların və digər normativ sənədlərin hazırlanmasını, o cümlədən İşəgötürənin struktur bölmələri tərəfindən hazırlanmış müəssisədaxili normativ sənədlərə rəy vermək və struktur bölmələrin sifarişi əsasında həmin sənədlərin hazırlanmasını təşkil və təmin etmək;
  • Müqavilə layihələrini hazırlanmaq, bağlanılması təklif olunan müqavilə layihələrinə hüquqi rəy vermək, Cəmiyyət üçün zəruri olan standart müqavilə nümunələrinin hazırlanmasını təmin etmək;
  • Cəmiyyət üzrə əmək, dövlət satınalmaları, gömrük, vergi, mülkü və digər qanunvericilik aktlarının tələblərinə uyğun işin təşkilinə nəzarət etmək, hüquqi risklər müəyyən etdikdə bu barədə birbaşa rəhbərini, o cümlədən müəssisə rəhbərliyini məlumatlandırmaq;
  • Cəmiyyətin baş ofisinin strukturunda olan, o cümlədən baş ofisdən kənarda yerləşən struktur bölmələrinə və törəmə hüquqi şəxslərinə öz vəzifə öhdəliklərinə uyğun hüquqi yardım göstərmək;
  • Bağlanmış müqavilələrin düzgün icra olunmasında Cəmiyyətin aidiyyəti strukturlarına hüquqi yardım göstərmək;
  • Vəzifə öhdəlikləri ilə əlaqədar hesabatları hazırlamaqla birbaşa rəhbərinə təqdim etmək.

Tələblər:

  • Ali hüquq təhsilinə (hüquq üzrə bakalavr dərəcəsi) malik olmaq;
  • Ümumilikdə minimum 5 il hüquq sahəsində iş təcrübəsinə, həmçinin minimum 2 il idarəçilik təcrübəsinə malik olmaq;
  • Azərbaycan Respublikası qanunvericiliyinin əsaslarını bilmək, xüsusilə Azərbaycan Respublikasının Konstitusiyası, Mülki Məcəlləsi, Əmək Məcəlləsi, Mülki Prosessual Məcəlləsi, İnzibati Xətalar Məcəlləsi, İnzibati Prosessual Məcəlləsinin, Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanunu və Telekommunikasiya haqqında Azərbaycan Respublikasının Qanununun əsaslarını bilmək;
  • Xüsusi hüquq sahəsində iş təcrübəsinə malik olmaq (mülki və təsərrüfat hüququ, korporativ hüquq vs.) ;
  • Öz sahəsi üzrə qüvvədə olan normativ hüquqi və təlimat-metodik sənədləri istifadə etməyi bacarmaq;
  • Korporativ idarəetmə sisteminin əsaslarını və etik davranış qaydalarını bilmək;

Bacarıqlar:

  • Microsoft Office proqramları ilə işləmək bacarığına malik olmaq;
  • Azərbaycan dilində səlis hüquqi, yazılı və şifahi ünsiyyət bacarıqlarına sahib olmaq. İngilis və rus dillərində yaxşı səviyyədə yazılı və şifahi ünsiyyət bacarıqlarına sahib olmaq;
  • Yüksək liderlik, təşkilatçılıq və təqdimat bacarıqlara malik olmaq.
  • Komandada işləmək və yüksək idarəetmə bacarığına malik olmaq;
  • İşgüzar yazışma qaydalarının əsaslarını bilmək;
  • Hüquqi sənədləri sərbəst tərtibetmə bacarığına malik olmaq;

İş haqqında məlumat:

  • 5 günlük iş rejimi
  • iş vaxtı: 09:00 – 18:00
  • iş yeri: Baş ofis, Bakı şəhəri

Müvafiq tələblərə uyğun olan namizədlər mövzu  hissəsində Korporativ tənzimləmə şöbəsinin müdiri” vakansiya adını və CV-də şəxsi məlumatlar hissəsində minimum əmək haqqı gözləntilərini qeyd etməklə elektron ünvanına göndərə bilərlər.

 

Kargüzarlıq şöbəsinin müdiri

Son tarix 13 okt 2022 – [email protected]

Vəzifə öhdəlikləri:

  • Rəhbərlik etdiyi sahə üzrə normativ sənədlərin (qaydaların, proseslərin, prosedurların, daxili normativ aktların) hazırlanmasında iştirak etmək; Şöbənin fəaliyyəti ilə bağlı əmrlərin, fərmanların, sərəncamların, şifahi və yazılı tapşırıqların zamanında və keyfiyyətli səviyyədə icrasına nəzər etmək;
  • Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə, o cümlədən Cəmiyyətin daxili normativ sənədlərinə uyğun olaraq sənədlərin arxivləşdirilməsi və saxlanılması işini təşkil etmək;
  • Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə əsasən Milli Arxiv İdarəsinə təqdim edilməli olan sənədlərin Milli Arxiv İdarəsinə təhvil verilməsini təmin etmək;
  • Elektron sənəd dövriyyəsinin işinə nəzarət etmək, zərurət olduğu halda yarana biləcək çətinliklərin, uyğunsuzluqların aradan qaldırılması üçün tədbirlər görmək;
  • Daxil olan və göndərilən sənədlərin, yazışmaların vaxtında emalını, Elektron sənəd dövriyyəsi ilə bağlı Şöbənin üzərinə düşən öhdəliklərin icrasını təmin etmək;
  • Cəmiyyət üzrə əmr və sərəncamların, normativ hüquqi sənədlərin və digər sənədlərin qeydiyyata alınması və saxlanılması, aidiyyəti üzrə icra və ya məlumat üçün struktur bölmələrə və ya vəzifəli şəxslərə göndərilməsi işini təşkil etmək;
  • Vəzifə öhdəlikləri ilə əlaqədar aylıq, rüblük və illik hesabatları hazırlamaqla birbaşa rəhbərinə təqdim etmək.

Tələblər:

  • Ali Təhsilli
  • Ümumilikdə minimum 5 il kargüzarlıq sahəsində iş təcrübəsinə, həmçinin minimum 2 il idarəçilik təcrübəsinə malik olmaq;
  • “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”ı yüksək səviyyədə bilmək;
  • Sənəd dövriyəsi sistemləri və onlara dair müasir texnologiyalarla iş təcrübəsinə malik olmaq;
  • Öz sahəsi üzrə qüvvədə olan normativ hüquqi və təlimat-metodik sənədlərlə effektiv  işləmək bacarığına malik olmaq;
  • Rəsmi sənədlərin qeydiyyat standartlarını yüksək səviyyədə bilmək.

Bacarıqlar:

  • Microsoft Office proqramları ilə işləmək bacarığına malik olmaq;
  • Azərbaycan dilində səlis yazılı və şifahi ünsiyyət bacarıqlarına sahib olmaq. İngilis və/və ya rus dillərində yaxşı səviyyədə yazılı və şifahi ünsiyyət bacarıqlarına sahib olmaq;
  • İşgüzar yazışmanın əsaslarını bilmək;
  • Yüksək yazılı və şifahi ünsiyyət bacarıqlarına malik olmaq;
  • Sahəsinə aid olan sənədləri tərtib etmə bacarığına malik olmaq;

İş haqqında məlumat:

  • 5 günlük iş rejimi
  • iş vaxtı: 09:00 – 18:00
  • iş yeri: Baş ofis, Bakı şəhəri

Müvafiq  tələblərə uyğun olan namizədlər mövzu hissəsində “Kargüzarlıq şöbəsinin müdiri” vakansiya adını və CV-də şəxsi məlumatlar hissəsində minimum əmək haqqı gözləntilərini qeyd etməklə elektron ünvanına göndərə bilərlər.

 

Project Coordinator

Son tarix 13 okt 2022 – [email protected]

Duties and Responsibilities:

  • Cooperate and liaise with teams to gather updates on ongoing projects;
  • Coordinate internal resources for flawless execution of projects;
  • Identify and solve issues and shortcomings;
  • Facilitate effective communication between all parties involved in projects;
  • Organize and attend stakeholder meetings;
  • Prepare management reports for project updates on milestones, project schedules, key project issues, and other metrics;
  • Document and follow up on important actions and decisions from meetings;
  • Prepare presentation material for meetings;
  • Ensure that project deadlines are met.

Requirements:

  • Higher education – a master’s degree is desirable;
  • A minimum 2 year of experience in a relevant field;
  • Ability to present to large audiences;
  • Ability to create detailed spreadsheets, charts, and presentations;
  • Good research abilities;
  • PMP license and background in telecommunications are desirable

Skills:

  • Teamwork
  • Presentation skills;
  • MS Office programs, particularly Excel;
  • Fluency in both Azerbaijani and English;

General information:

  • 5 business days a week
  • Business hours: 09:00 – 18:00
  • Work location: Baku, Head office

Candidates meeting above requirement can send their CV’s to email address.

Please note that applications without “Project Coordinator” in email subject will not be considered.

Only shortlisted candidates will be invited for interview.