Kontakt Home
Kontent üzrə kiçik mütəxəssis
Son tarix 12 okt 2022 – Müraciət et
Vəzifə öhdəlikləri:
- Məhsullara aid göstəricilərin etibarlı mənbələrdən tapılıb qeydə alınması, saytda və daxili sistemdə yerləşdirilməsi;
- Təsdiq edilmiş plan əsasında yeni məhsulların və kateqoriyaların yerləşdirilməsi;
- ERP sistemi ilə işləyib məlumatların emal edilməsi;
- Saytdakı məzmunun idarə edilməsi, yeniliklərin əlavə edilməsi;
- Foto, video və yazılı məzmunun sadə redaktə edilməsi.
Tələblər:
- Səlis Azərbaycan və Rus dili biliyi, İngilis dili biliyi üstünlükdür;
- İş təcrübəsi: minimum 6 ay;
- Saytın admin paneli ilə işləmə bacarığı;
- Dəqiqlik, məsuliyyətlilik;
- Nəticə yönümlülük.
İş şəraiti:
- İş günləri: I-V günlər;
- İş saatı: 09:00-18:00.
Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Marketinq üzrə menecer
Son tarix 12 okt 2022 – Müraciət et
Vəzifə öhdəlikləri:
- Brend təqdimatlarından, yeniliklərdən və məhsul funksionalından xəbərdar olması;
- Bazar tələbatının, rəqiblərin aktivliklərinin öyrənilməsi;
- Məhsulun hədəf kütləsinə uyğun reklam kampaniyalarının hazırlanması;
- Reklam kampaniyalarının effektivliyinin ölçülməsi;
- Partnyorlarla iş, ortaq layihələrin idarəsi;
- Seqment üzrə analizlərin aparılması;
- Məhsulların tanıtım, təqdimat kampaniyalarının təşkili.
Tələblər:
- Ali təhsil;
- Elektronika sahəsi üzrə (əsas çeşidlər, məhsul markaları, istehsalçılar və təchizatçılar) biliklər;
- Müvafiq sahə üzrə iş təcrübəsi – 1 ildən;
- Səlis Azərbaycan və Rus dili bilikləri, yaxşı səviyyədə İngilis dili biliyi;
- Microsoft Office proqramlarında işləmə bacarığı (Word, Excell, Outlook);
- Analitik düşünmə qabiliyyəti;
- Nəticə yönümlülük.
İş şəraiti:
- İş günləri: I-V günlər;
- İş saatı: 09:00-18:00;
- Rəqabət qabiliyyətli əmək haqqı.
Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Proqram təminatı üzrə mühəndis
Son tarix 12 okt 2022 – Müraciət et
Vəzifə öhdəlikləri:
- Səmərəli, təkrar istifadə edilə bilən və etibarlı C# kodunun dizayn edilməsi, qurulması və qorunması;
- Tətbiqlərin mümkün olan ən yaxşı performansının, keyfiyyətinin və həssaslığının təmin edilməsi;
- Darboğazların və səhvlərin müəyyənləşdirilməsi və bu problemlərin həlli yollarının hazırlanması;
- Kodun keyfiyyətinin, təşkilinin və avtomatlaşdırılmasının qorumağına köməklik göstərilməsi;
- Mövcud sistemlərin təkmilləşdirilməsi, konfiqurasiyası və sazlanması;
- .NET proqramlaşdırma dillərindən istifadə edərək təmiz, genişlənə bilən kod yazılması;
- .NET dillərindən istifadə edərək kod istehsalı (C#, VB .NET);
- Proqram təminatının inkişaf dövrü boyunca sənədlərin hazırlanması (SDLC);
- Tətbiqlər üzrə ekspert kimi xidmət edilməsi və texniki dəstək göstərilməsi.
Tələblər:
- ASP.NET çərçivəsi, SQL Server və dizayn/arxitektura nümunələri (məsələn, Model-View-Controller (MVC)) ilə tanışlıq;
- Memarlıq üslubları/API (REST, RPC) ilə tanışlıq;
- Entity Framework üzrə biliklər;
- Unit testing üzrə biliklər arzu olunandır;
- Agile metodologiyalarının başa düşməsi;
- Mükəmməl problemlərin həlli və ünsiyyət bacarıqları.
İş şəraiti:
- İş günləri: I-V günlər;
- İş saatı: 09:00-18:00;
- Rəqabət qabiliyyətli əmək haqqı.
Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Hüquq işləri üzrə inzibatçı
Son tarix 12 okt 2022 – Müraciət et
Vəzifə öhdəlikləri:
- Müxtəlif hüquqi sənədlərin hazırlanması;
- Müvafiq məlumat bazasının yaradılması;
- Şirkətdaxili sənədlərin hüquqi baxımdan yoxlanılması, zərurət yarandıqda dəyişdirilməsi barədə təkliflərin hazırlanması.
Tələblər:
- Ali təhsil (hüquq təhsili üstünlükdür);
- Səlis Azərbaycan dili biliyi, Rus dili biliyi üstünlükdür;
- Microsoft Office proqramlarında işləmə bacarığı (Word, Excell, Outlook);
- Hüquq, problemli kreditlər sahəsində, və ya hüquq mühafizə orqanlarında iş təcrübəsi arzu olunandır;
- Tələbkarlıq, obyektivlik, məsuliyyətlilik;
- Məqsədyönlülük (yekun nəticəyə yönəlmə bacarığı);
- Komandada işləmək bacarığı.
İş şəraiti: İş günləri: I-V günlər tam iş günü, şənbə günü qısa iş günü.
Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Daxili audit üzrə kiçik mütəxəssis/mütəxəssis/aparıcı mütəxəssis
Son tarix 12 okt 2022 – Müraciət et
Vəzifə öhdəlikləri:
- İllik Audit planına uyğun olaraq audit yoxlamalarının həyata keçirilməsi;
- Biznes proseslərinin daxili qayda və prosedurlara uyğun həyata keçirilməsinin müəyyən edilməsi;
- Mühasibat uçotunun aparılmasının, maliyyə hesabatlarının düzgünlüyünün və etibarlılığının yoxlanılması;
- Daxili nəzarət nöqsanları barədə rəhbərliyə hesabat verilməsi, risklərin azaldılması üçün tövsiyələrin verilməsi;
- Aşkar edilmiş çatışmazlıqlar barədə rəhbərliyə məlumat verilməsi, daxili audit hesabatının hazırlanması;
- Yekunlaşmış daxili audit yoxlamaları üzrə tədbirlər planının monitorinqi;
- Daxili audit prosedurlarına aid digər tapşırıqların icra edilməsi.
Tələblər:
- Ali təhsil;
- Maliyyə Hesabatları üzrə biliklər;
- Microsoft Office proqramlarında yüksək səviyyədə çalışma bacarığı (Word, Excell, Outlook);
- Səlis Azərbaycan dili və Rus dili biliyi, İngilis dili biliyi üstünlükdür;
- Analitik düşüncə və problemlərin idarə edilməsi bacarıqları;
- Şifahi və yazılı ünsiyyət bacarığı;
- Vaxtın səmərəli idarəedilməsi bacarığı;
- Müstəqil və qrup daxilində effektiv işləmə bacarığı;
- Obyektiv düşünmək bacarığı.
İş şəraiti:
- İş günləri: I-V günlər;
- İş saatı: 09:00-18:00.
- Qeyd: Daxili audit üzrə kiçik mütəxəssis/mütəxəssis/aparıcı mütəxəssis vakansiyalarının hər biri üzrə vakant yer var. Dəyərləndirmə namizədin biliyi və təcrübəsinə əsasən aparılacaq.
Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.