Avropada təbii qazın qiyməti 2000 dollardan aşağı düşdü

Avropada təbii qazın qiyməti, təqribən, 8% ucuzlaşaraq avqustun 9-dan bəri ilk dəfə 1000 kubmetr üçün 2000 ABŞ dollarından aşağı düşüb.

Index.az xəbər verir ki, bu barədə Londonun “ICE Futures” birjasına istinadən xəbər verir.

Avropanın ən likvid habı olan TTF-də (Niderland) “mavi yanacağ”ın oktyabr fyuçerslərinin qiyməti ticarətə 1000 kubmetr üçün 2086,6 dollar səviyyəsində başlasa da, daha sonra 1972,2 dollara düşüb.