Füzulidə 6 binanın tikintisinə 14 milyon manat xərclənəcək

Mənzil İnşaatı Dövlət Agentliyinə (MİDA) məxsus MİDA MMC Füzuli şəhərində 7, 8, 9, 10, 11 və 12 nömrəli çoxmənzilli yaşayış binalarının tikintisi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

İndex.az dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi “Merkuri-İnşaat” və “Araz İnşaatçı” MMC-lərdir.

Qalib şirkətlərə 13,956 milyon manat ödəniləcək.