Azərbaycanlı menecerin evi əlindən alındı, 61000 AZN borc yazıldı

Menecer və stilist Mikayıl Hüseynovun (Mika) başına iş gəlib.

İndex.az xəbər verir ki, onun evi əlindən alınıb. Bu haqda Mikayıl özü bildirib. Belə ki o, Biləcəridə yerləşən 5 otaqlı evini banka qoyaraq kredit götürüb. Daha sonra krediti ödəyə bilmədiyi üçün bank girov qoyulan mənzili satışa çıxarıb. Ev satıldıqdan sonra Hüseynova həmin bankdan 36 min dollar (təxminən 61 min 200 AZN) məbləğində borc yazılıb:

“Mənzilimi girov qoyduğum bank borcum olduğuna görə Biləcəridəki 5 otaqlı evimi əlimdən aldı, məni və ailə üzvlərimi mənzilimdən, həmçinin qeydiyyatdan çıxartdılar. Evimi satdılar. Daha sonra bankın pulunu götürdülər. İndi də mənə deyirlər ki, yenidən 36 000 dollar (təxminən 61 min 200 AZN) borcunuz qalıb. Müraciət etdiyim məhkəmələr isə bankın xeyrinə qərar verirlər”.

Qeyd edək ki, Mikayıl Hüseynov (Mika) əvvəllər Xalq artisti Nazpəri Dostəliyeva ilə çalışıb. O, bir neçə ilə əvvəl borcuna görə böyrəyini 15 min AZN-ə satıb.