Şadlıq saraylarına sifarişlərin sayı kəskin azalıb

Avqust ayında şadlıq saraylarında sifarişlərin sayı 74.0 % azalıb.

İndex.az xəbər verir ki, bu barədə İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlumat verilib.

Qeyd edilib ki, sifarişlərin azalması Məhərrəm ayının başlaması ilə əlaqələndirilir.

Yeni mövsüm üçün təklif edilən menyulara əsasən, şadlıq saraylarının qiymətlərində 9 faiz artım qeydə alınıb.

Xüsusən 40 manatadək olan menyularda qiymət daha çox artıb: 11%.

Sentyabrın sonuna doğru daha yüksək qiymət artımları gözlənilir.

Mənbə – Trend