Azərbaycanda 2022-ci ilin birinci yarımilində işçilərinə ən çox əməkhaqqı xərci edən bankların renkinqi açıqlanıb.
İndex.az xəbər verir ki, Banker.az-ın tərtib etdiyi renkinqə ən böyük xidmət şəbəkəsi olan “Kapital Bank” ASC liderlik edir. O, ilin ilk iki rübündə 88.3 milyon manatlıq əməkhaqqı xərci çəkib. İkinci ABB (59.7 mln. manat) və üçüncü isə “PAŞA Bank” ASC-dir (26.3 mln. mnaat).