Noutbuku ilk dəfə alarkən və ya yeni batareya sifariş edərkən etməli olduğunuz ən vacib işlərdən biri ilk dəfə batareyanı doldurub boşaltmaqdır.
Bu proses düzgün aparılmasa, gələcəkdə batareyanın ömrü ilə bağlı böyük problemlər yaşaya bilərsiniz.
Ən azı həftədə bir dəfə batareyanı 5%-dən 100%-ə qədər doldurun və boşaldın. Əgər siz yeni batareya və ya yeni Noutbuk almısınızsa, cihazı istifadə etməzdən əvvəl ilk şarjı yerinə yetirdiyinizə əmin olun. Cihazı söndürməklə onu 100% doldurma səviyyəsinə qədər doldurun. Bu prosesi ən azı 3 dəfə təkrarlayın. Proseslər başa çatdıqdan sonra batareyanız gələcək istifadə üçün ən səmərəli şəkildə istifadə olunmağa hazır olacaq.
Cihazınızı ilk dəfə istifadə etdiyiniz zaman və ya batareyanı ilk dəfə taxdığınız zaman batareyanın zəif işləməsi olduqca normaldır. Batareya təxminən 10-15 şarj və boşalma dövründən sonra həqiqi performansına çatır.
Batareyanı istifadə etmək istəmədiyiniz zaman və ya uzun illər sağlam qalmasını istəyirsinizsə, onu 100% dolu, quru və otaq temperaturunda saxlayın və həftədə bir dəfə boşaldın.
Noutbuk işləyərkən batareyanın çıxarılması və quraşdırılması batareyaya zərər verə bilər. Batareyanı cihaz tamamilə söndürülmüş halda çıxarıb quraşdırdığınızdan əmin olun.
Batareyanın ömrü azalsa belə, heç vaxt şok etməyin. Şok prosesində batareyanın qalan ömrü də tamamilə tükənəcək.
Batareyanı nəmdən, maye ilə təmasdan və həddindən artıq istidən mümkün qədər qorumaq lazımdır.
Mənbə – Trend