Oktyabrın 5-də “Bakı Hərrac Mərkəzi” MMC-də ləğv prosesində olan “Dəmir Bank” ASC-nin daşınmaz əmlakının satışı üzrə növbəti açıq hərrac keçiriləcək.
İndex.az xəbər verir ki, bu barədə bankın ləğvedicisi – Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) məlumat yayıb.
Məlumata görə, söhbət Şəki şəhəri, Sabit Rəhman küçəsi, 6A ünvanında yerləşən 2 389,8 kv.m-lik qeyri-yaşayış binasından gedir. Əmlaka 1 300 000 manat qiymət qoyulub.