İnam Kərimov Fuad Mayılovu nazirlikdə yüksək vəzifəyə təyin etdi

Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat olub.

Fuad Mayılov Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbərinin müavini və İnsan Resursları şöbəsinin müdiri təyin edilib. O bundan əvvəl nazirliyin Daxili nəzarət və audit şöbəsinin müdiri olub.

Qeyd edək ki, bundan əvvəl həmin şöbənin müdiri olan Elvin Paşayev iyulun 25-də Göygöl Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.