“Bitcoin”in qiyməti yenidən 20 min dolları keçib

“Binance” kriptovalyuta birjasının məlumatına görə, bitkoin 9 sentyabr cümə günü 20 min dollar həddini keçib. Bildirilir ki, artım 5%-dən çox olub.

Bakı vaxtı ilə saat 8:15-də olan məlumata görə, bitkoin 20.25 min dollara (5.1%) qədər bahalaşıb.

Xatırladaq ki, avqustun 27-də bitkoinin qiyməti 20 min dollardan aşağı düşüb ki, bu da illik maksimumdan təxminən 60% azalma deməkdir.

coindesk BTC chart 2022 09 09