Dünya bazarında “Azeri Light” (CIF) markalı neft yenidən ucuzlaşıb.
İndex.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,47 ABŞ dolları və ya 0,51% azalaraq 92,30 dollar təşkil edib.
Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) payı 25%-dir.