“Azərsu” bu şirkətə 13 milyon manat ödəyəcək

“Azərsu” ASC Neftçala rayonunun Kür çayı boyu yerləşən kəndlərinin su ilə təminatının yaxşılaşdırılması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

İndex.az dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi “Protean Construction” ASC-dir.

Qalib şirkətə 13,1 milyon manat ödəniləcək.