“PASHA Bank” işçilər axtarır – VAKANSİYALAR

PASHA Bank

Kart Sistemləri üzrə Administrator

Son tarix 08 okt 2022 – [email protected]

İşiniz nədən ibarətdir?

  • Prosessinq sistemində və onunla əlaqəli digər proqram təminatlarında baş verən problemlərin analizi və həll edilməsi;
  • Prosessinq vendoru ilə danışıqların aparılması;
  • İşlə əlaqədar olaraq digər komandalarla əməkdaşlıq, problemlərin operativ və dəqiq həll edilməsi;
  • Mövcud sistemlərin, həmçinin yeni yaradılacaq məhsullarının sxem və işləmə prinsiplərinin sənədləşdirilməsi;
  • OS ilə əlaqəli inzibati tapşırıqların yerinə yetirilməsi;
  • Testləşdirmə və sistem yeniliklərinin tətbiqi.

Sizdən nə tələb olunur?

  • Təhsil: Kompüter Elmləri və ya əlaqəli texniki sahə üzrə Bakalavr təhsili
  • İş təcrübəsi: Minimum 3 il
  • Xarici dil: İngilis
  • Digər:
  • Linuks əməliyyat sistemində əsas anlayışlar
  • “SELECT” səviyyəsində SQL sorğulama dil bilikləri
  • “VİSA” və “MASTERCARD” ödəmə sistemləri haqqında ümumi anlayış
  • Güclü ünsiyyət problemləri həll etmə bacarığı
  • Analitik düşüncə və fövqəladə hallara reaksiya vermə qabiliyyəti –
  • JİRA ilə işləmə bacarığı
  • İSO 8583 bilikləri
  • EMV, İCC sahəsində biliklər
  • Ödəniş xidmətləri üçün nəzrdə tutulmuş HSM-lərə işləmə

Müraciət edin:

Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi başlıqda “Kart Sistemləri üzrə Administrator” qeyd edərək, 07.10.2022-ci il tarixinədək göndərməyiniz xahiş olunur.

 

Data Scientist (non credit)

Son tarix 06 okt 2022 – [email protected]

İşiniz nədən ibarətdir?

  • Statistika və maşın öyrənmə metodologiyalarından istifadə edərək “data science” üzrə dizayn və istifadə;
  • Tövsiyyə sistemləri və ehtimal modellərini qurmaq üçün innovativ yeni həllərin araşdırılması və modelin qurulması;
  • Rəqəmsal kanal aktivliyini dəstəkləmək üçün maşın öyrənmə modellərinin və optimizasiyaların qurulması və istifadə olunması;
  • Fərdi qiymətləndirmə və satın alma istəyi üzrə maşın öyrənmə alqoritmlərinin yaradılması və istifadə olunması.

Sizdən nə tələb olunur?

  • Təhsil: Statistika, Riyaziyyat, Kompüter Elmləri, Mühəndislik, İqtisadiyyat və ya digər müvafiq sahə üzrə Bakalavr və ya Magistr təhsili
  • Təcrübə: Real praktiki problemlərin analitik həllərin tətbiqi ilə həll olunmasına dair sübut olunmuş təcrübə
  • SQL və Python üzrə sübut olunmuş təcrübə
  • Linux, obyekt yönümlü proqramlaşdırma və versiyaya nəzarət təcrübəsi
  • Digər: Problem həll etmə və qərar vermə bacarığı

Müraciət edin:

Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi başlıqda “Data Scientist” qeyd edərək göndərməyiniz xahiş olunur.

 

Data Scientist (credit)

Son tarix 06 okt 2022 – [email protected]

İşiniz nədən ibarətdir?

  • Statistika və maşın öyrənmə metodologiyalarından istifadə edərək “data science” üzrə dizayn və istifadə;
  • Risklərin qiymətləndirilməsi, öncədən xəbərdarlıq sistemləri və ehtimal modellərini qurmaq üçün innovativ yeni həllərin araşdırılması və modelin qurulması;
  • Kredit portfelinin genişləndirilməsi və riskləri minimuma endirmək üçün optimallaşdırma və maşın öyrənmə modellərinin yaradılması və istifadə olunması;
  • Kredit risklərinin monitorinqi, yığım və qiymətləndirmə modellərinin yaradılması və istifadə olunması.

Sizdən nə tələb olunur?

  • Təhsil: Statistika, Riyaziyyat, Kompüter Elmləri, Mühəndislik, İqtisadiyyat və ya digər müvafiq sahə üzrə Bakalavr və ya Magistr təhsili
  • Təcrübə: Real praktiki problemlərin analitik həllərin tətbiqi ilə həll olunmasına dair sübut olunmuş təcrübə
  • SQL və Python üzrə sübut olunmuş təcrübə
  • Linux, obyekt yönümlü proqramlaşdırma və versiyaya nəzarət təcrübəsi
  • Digər: Problem həll etmə və qərar vermə bacarığı

Müraciət edin:

Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi başlıqda “Data Scientist” qeyd edərək göndərməyiniz xahiş olunur.

 

Kiçik Kredit Analitiki

Son tarix 01 okt 2022 – [email protected]

Vəzifənin məqsədi:

Kredit Analitiki bütün sahələrdə fəaliyyət göstərən Kiçik və Orta Sahibkarlıq müştərilərinin kredit müraciətlərinə baxır, biznes və maliyyə təhlilini (konvensional və sürətləndirilmiş şəkildə) aparır, proqnozlar edir, müştərilərə maliyyə məsləhətləri verir və Müştəri Menecerləri ilə komanda halında çalışaraq, sürətli və səmərəli şəkildə kreditləşməni təmin edir.

Vəzifə öhdəlikləri:

  • Kiçik və orta həcmli müəssisələrin biznes və maliyyə təhlilinin aparılması. Müştərilərlə peşəkar ünsiyyətin qurulması və onlara maliyyə məsləhətlərinin verilməsi.
  • Müştəri Menecerləri və prosesin digər iştirakçıları ilə effektiv əməkdaşlığın təmin olunması.
  • Kredit risklərinin idarə edilməsi. Kreditlərin təhlükəsiz, səmərəli və sürətli şəkildə, Kiçik və Orta Sahibkarlıq Bankçılığı, Kreditlərin Strukturlaşdırılması funksiyasının maliyyələşdirmə standartlarına uyğun olaraq verilməsi.
  • Qərarın verilməsi, kreditləşməni tamamlamaq üçün kredit memorandumu və digər ərizə formalarının doldurulması,  Kredit Risklərinin Anderraytinqi Departamentinə və Kredit Komitəsinə təqdim edilməsi.
  • Kredit portfelinin idarə edilməsi.
  • Kreditin Strukturlaşdırılması funksiyasının davamlı inkişafını təmin etmək və işin axışını sürətləndirmək üçün ən uyğun yanaşmanın tətbiq edilməsi və müvafiq təkliflərin verilməsi.

Tələb olunan bilik, bacarıq və təcrübə:

  • Təhsil: Maliyyə və İqtisadiyyat üzrə ali təhsil
  • Tələb olunan iş təcrübəsi: 0-1 il
  • Xarici dillər: İngilis, Rus
  • Kompüter bilikləri: Microsoft Office.