Sabah Zərdab rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
İndex.az SOCAR “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir ki, “Qaz İxrac” İdarəsinə məxsus “Zərdab” qazpaylayıcı stansiyasında (QPS) aparılacaq təmir işləri ilə əlaqədar sabah tarixdə saat 10:00-dan işlər başa çatanadək “Zərdab” QPS-dən qaz təchizatının dayandırılması planlaşdırılır.
Təmir işləri görülən müddətdə Zərdab rayonunun qaz təchizatında müvəqqəti məhdudiyyət yaranacaq.