İki ayda 100-ə yaxın bağça müdiri işdən çıxarılıb

Bu ilin iyun-iyul aylarında 100-ə yaxın bağça müdiri işində yol verdiyi nöqsanlara görə vəzifəsindən azad olunub.

İndex.az APA-ya istinadla xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev “Media və təhsil dialoqu” mövzusunda keçirilən təlim-seminarda çıxışı zamanı deyib.

O bildirib ki, yoxlamalar davam etdiriləcək və işini düzgün yerinə yetirə bilməyən şəxslərlə bağlı mütəmadi tədbirlər görüləcək.