ADY tranzit yük daşımalarını 47% artırıb

Bu ilin I yarısında “Azərbaycan Dəmir Yolları” QSC 8 milyon 577 min ton yük daşıyıb.

İndex.az quruma istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 18,7% çoxdur.

Yük daşımalarının 3 milyon 233 min tonu beynəlxalq, 3 milyon 677 min tonu tranzit, 1 milyon 668 min tonu isə daxil daşımalar olub. Bunlar isə 1 il əvvələ nisbətən müvafiq olaraq 6,7% az, 47,3% çox və 33,55% çoxdur.