Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ağsuçay (1) və Zəyəmçay (2) su anbarlarının yaradılması məqsədilə texniki-iqtisadi əsaslandırma və layihə-smeta sənədlərinin hazırlanması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
Index.az dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderlərin qalibi müvafiq olaraq “Geo-SU Group” və “Hydro-Geo Environnement Group” MMC-lərdir.
Qalib şirkətlərə müvafiq olaraq 885 min manat və 1,416 milyon manat, ümumilikdə isə 2,301 milyon manat ödəniləcək.