Avropada təbii qazın birja qiyməti təqribən 4%-dək düşüb.
Index.az Londonun “ICE Futures” birjasına istinadən xəbər verir ki, Avropanın ən likvid habı olan TTF-də (Niderland) qazın fyuçerslərinin qiyməti günə 2 456,8 ABŞ dolları ilə başlayıb.
Bu isə dünən qeydə alınmış qiymətlə (min kubmetr üçün 2 455,2 ABŞ dolları) müqayisədə 0,1% yuxarıdır. Daha sonra qiymət 4,1% düşərək 2 354,4 ABŞ dolları təşkil edib.