Nərimanov rayon prokurorunun müavini Elgiz Qənizadə vəzifəsindən azad edilib.
İndex.az xəbər verir ki, bununla bağlı Baş prokuror Kamran Əliyev əmr imzalayıb.
Əmrə əsasən, Elgiz Qənizadə Suraxanı rayon prokurorunun müavini təyin olunub.
Qeyd edək ki, o, sabiq deputat Çingiz Qənizadənin oğludur.