Sabiq nazir mobil nömrəsini bu qiymətə satışa çıxardı

Sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov şəxsi mobil nömrəsini satışa çıxarıb.

İndex.az xəbər  verir ki, sabiq nazir illərlə istifadə etdiyi (050)211-20-72 mobil telefon nömrəsini satır. Bununla bağlı sosial şəbəkələrdən birində nömrə satışı ilə bağlı olan səhifədə elan yerləşdirilib.

Nömrənin qiyməti isə 15 min manatdır.