“Azəriqaz” İstehsalat Birliyi “Caspian Fish Co Azerbaijan” MMC-yə (VÖEN- 3100064091) qarşı məhkəmə iddiası qaldırıb.
İndex.az xəbər verir ki, məhkəmə iddiası Bakı Kommersiya Məhkəməsinin hakimi Leyla Əliyevanın icraatına verilib.
Açıqlanan məlumatda qeyd olunur ki, məhkəmə iddiası istehlak edilən təbii qaz haqqının ödənilməməsilə bağlıdır.
“Caspian Fish Co Azerbaijan” MMC-nin vaxtı ilə fövqəladə hallar naziri Kəmaləddin Heydərovun ailə üzvlərinə məxsus olan “Gilan Holdinq”ə bağlı olduğu bildirilir.
“Caspian Fish Co Azerbaijan” MMC 19.09.2000-ci il tarixində dövlət qeydiyyatına alınıb. Uzun illər ölkədə qara kürü istehsalı və satışı ilə məşğul olan ən böyük şirkət olub. Şirkətə əvvəllər İran əsilli iş adamı Mənuçehr Əhədpur Xangah rəhbərlik edib. Mənuçehr Əhədpur Xangah hazırda Yasamal rayon, Haqverdiyev ev 21 ünvanında yerləşən onlarla şirkətə rəhbərlik edir. Mənuçehr Əhədpur Xangahın adı uzun müddət mətbuatda fövqəlada hallar naziri Kəmaləddin Heydərovun ailə üzvlərinə aid olan “Gilan” holdinqlə birgə çəkilib.
Hazırda “Caspian Fish Co Azerbaijan” MMC-yə rəhbərlik edən Sultanov Emil Rauf oğlu “Gilan” adı ilə fəaliyyət göstərən bir-çox şirkətin də (“Gilan Aqro”, “Gilan Plastik”, “Gilan Zeytun” və s.) qanuni təmsilçisidir.