İbrahim Həsən oğlu Cəfərov Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru vəzifəsindən azad edilib.
İndex.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.
Qeyd edək ki, İ.Cəfərov 2013-cü ildən Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru vəzifəsində çalışırdı.