Banklar yeni kampaniya və xəbərləri haqqında məlumatları öz sosial media hesablarından ictimaiyyətə və müştərilərinə çatdırırlar.
Bəs banklarımız sosial mediada nə qədər məhşurdur?
İndex.az-ın araşdırmasına görə, sosial mediada 677 min izləyicisi olan “Kapital Bank” bu sahədə liderdir. Siyahıda 460 min izləyiciyə sahib “Unibank” ikinci, 446 min izləyicisi ilə “Bank of Baku” üçüncüdür.
Qeyd edək ki, “Bank Avrasiya”, “Bank Melli Iran”ın Bakı filialının və “Pakistan Milli Bankı”nın Bakı filialının sosial şəbəkələrdə hesabları yoxdur.
Index.az “Facebook” və “Instagram”da bankların izləyici sayına görə sıralamanı oxucularına təqdim edir: