Güclü külək Yeni Yasamalda dayanacağı uçurdu

Sentyabrın 5-i axşam saatlarından başlayan küləyin fəsadları görünməkdədir.  

İndex.az xəbər verir ki, güclü külək dayanacağı uçurub. Hadisə Yasamal rayonunda, Yeni Yasamal massivi, Məhəmməd Xiyabani 23-də baş verib.

Görüntülərdən aydın olur ki, güclü külək bu istiqamətdə yerləşən dayanacaqlardan birini uçurub. Külək nəinki dayanacaqda dayanan sərnişinlər, eləcə də yaxınlıqda yerləşən ticarət və mağaza sahibləri üçün də təhlükə yaradıb.