İKZF banklara depozit qoyuluşunu 12% azaldıb

Bu il iyulun 1-nə İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) banklara depozit qoyuluşu 44,808 milyon manat təşkil edib.

İndex.az bu barədə Fondun maliyyə hesabatına istinadən xəbər verir.

Sənədə əsasən, bu, ötən il iyulun 1-i ilə müqayisədə 12,1% azdır.

Xatırladaq ki, İKZF ölkə prezidentinin 25 dekabr 2017-ci il tarixli fərmanı ilə, “Azərbaycan İpoteka Fondu” və “Kredit Zəmanət Fondu” ASC-lərin birləşmə formasında yenidən təşkili yolu ilə yaradılıb.