“Bakı Fond Birjası”nın dövriyyəsi 19% azalıb

Bu il yanvar-avqust aylarında “Bakı Fond Birjası” QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 8 milyard 637,301 milyon manat təşkil edib.

İndex.az BFB-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 19,2% azdır.

Son 1 ildə bağlanmış əqdlərin sayı isə 25,8% azalaraq 5 534 olub.