Sabah bu rayonlarda qaz olmayacaq

Sabah Azərbaycanın bəzi rayonların qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

İndex.az SOCAR “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir ki, “Qaz İxrac” İdarəsinə məxsus “Azadkənd-İmişli” yüksək təzyiqli Magistral Qaz Kəmərinin korroziyaya uğramış hissənin dəyişdirilməsi, 2 ədəd futlyarların quraşdırılması və  kəmərin müvafiq hissəsində yaranmış qaz sızmasının ləğvi ilə bağlı, sabah təmir işlərinin görülməsi planlaşdırılır.

Təmir işləri aparılan müddətdə saat 08:30-dan  İmişli rayonunun (tam olaraq), Cəbrayıl rayonundan məcburi köçkün düşmüş sakinlərin Biləsuvar rayonu ərazində kompakt yaşadığı 11 qəsəbənin, Saatlı rayonu üzrə Məzrəli kəndinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.